Donald Tramp – Nigeriya hökuməti xristianların qətlini yenidən davam etdirərsə, ABŞ bu utandırılmış ölkəyə islamçı terrorçuları məhv etmək üçün “od və qılıncla” daxil ola bilər
Donald Tramp – Nigeriya hökuməti xristianların qətlini yenidən davam etdirərsə, ABŞ bu utandırılmış ölkəyə islamçı terrorçuları məhv etmək üçün “od və qılıncla” daxil ola bilər

ABŞ Prezidenti Donald Tramp bildirir ki, Nigeriya hakimiyyəti ölkədə xristianların öldürülməsinə yenidən yol verərsə, ABŞ Nigeriyaya daxil ola bilər. Bu barədə ABŞ Prezidenti sosial şəbəkədə yazıb.

“Əgər Nigeriya hökuməti xristianların qətlinə yenidən göz yumarsa, ABŞ dərhal Nigeriyaya göstərilən bütün yardımları dayandıracaq və ola bilsin ki, bu artıq biabır olmuş ölkəyə “od və qılıncla” daxil olacaq ki, həmin dəhşətli qəddarlığı törədən islamçı terrorçuları tamamilə məhv etsin. Bununla mən müharibə departamentimizə mümkün əməliyyata hazırlaşmaq barədə göstəriş verirəm. Əgər biz hücuma keçsək, bu sürətli, amansız və zövqlü olacaq — necə ki, terrorçu banditlər bizim əziz xristianlara hücum edirlər! Xəbərdarlıq: Nigeriya hökuməti tez hərəkət etməlidir!”, – Tramp yazır.

Xatırladaq ki, oktyabrın 31-də Donald Tramp sosial şəbəkədə bildirib ki, Nigeriyada vəziyyət təhlükəli şəkildə inkişaf edir, çünki minlərlə xristian öldürülür. ABŞ Prezidentinin sözlərinə görə, Nigeriyada xristianlıq mövcudluq təhlükəsi ilə üz-üzədir və “kütləvi qırğına” radikal islamçılar cavabdehdir. Trampın bəyanatına Nigeriya hökuməti reaksiya verib. Nigeriya hökuməti bildirib ki, zorakı ekstremizmlə mübarizəni davam etdirəcək və bu istiqamətdə Vaşinqtonla əməkdaşlığa hazırdır. Ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, Nigeriya Allahdan qorxan ölkədir və burada inanca, tolerantlığa, müxtəlifliyə və inklüzivliyə hörmət göstərilir.