Donald Tramp - Neftin qiyməti aşağı düşsə, Putin müharibədən çəkiləcək
Neftin qiyməti aşağı düşsə, Putin müharibədən çəkiləcək – bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında deyib.
Tramp Avropa ölkələrinin bir hissəsinin hələ də Rusiyadan neft almasından narazılığını ifadə edib.
“Məsələ çox sadədir, neftin qiyməti aşağı düşsə, Putin müharibədən çəkiləcək, onun başqa seçimi qalmayacaq. Bildiyiniz kimi, mən Hindistanın Baş nazirinə çox yaxınam və yaxşı münasibətim var, lakin onlara sanksiya tətbiq etmişəm, Çinə qarşı böyük rüsumlar tətbiq olunur, amma mən başqa şeylər etməyə hazıram. Eşidəndə ki, uğrunda mübarizə apardığım insanlar Rusiyadan neft alırlar, bu, məni məyus etdi. Bunu etmək olmaz. Bu ABŞ-la ədalətli oyun deyil. Neftin qiyməti düşsə, Rusiya çox asanlıqla həll olunacaq” – Tramp bildirib.