Donald Tramp – Nə üçün idarəetmə qülləsi helikopterə konkret göstəriş vermədi? Bu, qarşısı alınması olan pis bir vəziyyətdir

14:16, 30.01.2025

 
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasına münasibət bildirir və bunun qarşısının alınmalı olduğunu deyir.

“Təyyarə hava limanına yaxınlaşarkən mükəmməl və nizamlı xəttdə idi. Helikopter uzun müddət düz təyyarəyə doğru gedirdi. Aydın gecədir, təyyarənin işıqları yanırdı. Niyə helikopter daha yüksək və ya aşağı uçmadı və ya istiqamətini dəyişdirmədi? Nə üçün idarəetmə qülləsi helikopterə təyyarəni görüb-görmədiyini soruşmaq əvəzinə konkret göstəriş vermədi? Bu pis bir vəziyyətdir, görünür, qarşısı alınmalı idi. Yaxşı deyil” – Tramp yazıb.

Məlumat üçün bildirək ki, 64 nəfərin olduğu “American Airlines”ın sərnişin təyyarəsi Amerika Birləşmiş Ştatlarının ordusuna məxsus “Black Hawk” tipli helikopterlə toqquşub. Qurbanların dəqiq sayı hələlik bilinmir. Təyyarənin qəzaya uğradığı yerdə 19 cəsəd tapılıb. Hüquq-mühafizə orqanları bu haqda məlumatı mediaya təsdiqləyirlər.

Oxşar