Donald Tramp NATO sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşməyi gözlədiyini bildirir

10:49, 25.06.2025

 
ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi gözlədiyini bildirib.

Jurnalistin Ukrayna Prezidentinə nə deyəcəyi haqda sualına Donald Tramp cavab verib: “Deyəcəm, necəsən? O, çətin vəziyyətdədir. Heç vaxt o vəziyyətə düşməməli idi”.

Bununla yanaşı, Donald Tramp Vladimer Putinlə son telefon danışığını şərh edib.

“Bildiyiniz kimi, Vladimer mənə zəng etdi. O dedi: “İranla bağlı sənə kömək edə bilərəmmi?” Dedim: “Xeyr, mənim İranla bağlı köməyə ehtiyacım yoxdur. Mənim səninlə köməyə ehtiyacım var.” Ümid edirəm ki, Rusiya ilə sövdələşmə əldə edə bilərik” – Donald Tramp bildirib.

ABŞ Prezidenti deyib ki, onun administrasiyası şəraitində Ukraynada müharibə baş verməzdi.

“Biabırçılıqdır. Ötən həftə 6 000 əsgər həlak oldu. Daha çox, 6 500 əsgər ötən həftə həlak oldu. Rusiya, Ukrayna – mən prezident olsaydım heç vaxt baş verməyəcək müharibə” – Tramp bildirib.

Oxşar