Donald Tramp - NATO-nun Ukraynaya ötürəcəyi silahı NATO-ya göndəririk, alyans silahın tam dəyərini ödəyəcək
Donald Tramp - NATO-nun Ukraynaya ötürəcəyi silahı NATO-ya göndəririk, alyans silahın tam dəyərini ödəyəcək

 

ABŞ Prezidenti Donald Tramp alyans vasitəsilə Amerika silahının Ukraynaya ötürülməsi ilə bağlı NATO ilə razılaşma bağladığını bildirib. Bu barədə Tramp “NBC”yə telefon müsahibəsində danışıb.

Amerika Prezidentinin izah etdiyi kimi, Amerika silahının pulunu tamamilə alyans ödəyəcək.

“NATO bu silahı 100% maliyyələşdirir. Bizim etdiyimiz odur ki, silahı NATO-ya göndəririk və sonra NATO bu silahı Ukraynaya ötürür. Alyans bu silahın tam dəyərini ödəyəcək. Biz “Patriot”ları NATO-ya göndəririk, sonra NATO onları paylayacaq” – ABŞ Prezidenti qeyd edib.

Bununla yanaşı, Tramp gələn həftə Rusiya ilə bağlı mühüm bəyanat verəcəyini bildirib, lakin detallar haqda danışmayıb.

“Rusiyadan məyus oldum, lakin görək növbəti bir neçə həftədə nə baş verəcək. Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı mühüm bəyanat verəcəyəm” – Tramp bildirib.