Donald Tramp - NATO-nun dünənki sammiti əla idi, tarixin ən vahid və məhsuldarı, qeyri-adi və qayğıkeş liderlərlə birlikdə möhtəşəm gün
ABŞ Prezidenti Donald Tramp NATO sammitini müsbət qiymətləndirib və bunun tarixdə ən məhsuldar görüş olduğunu deyib.
“NATO-nun dünənki sammiti əla idi, tarixin ən vahid və məhsuldarı. Qeyri-adi və qayğıkeş liderlərlə birlikdə möhtəşəm gün. 5% üzərində razılaşma NATO-ya həqiqi güc verir!” – Tramp sosial şəbəkədə yazır.
NATO-nun builki sammitinin əsas qərarı odur ki, alyansa üzv ölkələr növbəti illər ərzində müdafiə xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artırmalıdırlar. Qeyd olunan qərar beş bəndlik bəyannamədə artıq öz əksini tapıb.
ABŞ Prezidenti Donald Tramp uzun müddət ərzində NATO-ya üzv olan ölkələri müdafiə xərclərini artırmağa çağırırdı.