Donald Tramp - NATO, Danimarkaya deyin ki, Rusiya və Çini Qrenlandiyadan indi çıxarsın, iki it xizəyilə bunu edə bilməz, yalnız ABŞ bacarar!
Donald Tramp - NATO, Danimarkaya deyin ki, Rusiya və Çini Qrenlandiyadan indi çıxarsın, iki it xizəyilə bunu edə bilməz, yalnız ABŞ bacarar!

 

NATO, Danimarkaya deyin ki, Rusiya və Çini Qrenlandiyadan indi çıxarsın, iki it xizəyilə bunu edə bilməz, yalnız ABŞ bacarar! – bu haqda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.

Trampın bəyanatına əsasən, ötən il Danimarka kəşfiyyatı Rusiya və Çinin Qrenlandiya və Arktikaya qarşı hərbi məqsədləri haqqında xəbərdarlıq dərc edib.

“NATO, Danimarkaya deyin ki, onları indi buradan çıxarsın. İki it xizəyilə bunu edə bilməz, yalnız ABŞ bacarar!” – Tramp yazır.

ABŞ Prezidenti qeyd olunmuş məsələ ilə əlaqədar məqalə də dərc edir.

Məlumat üçün bildirək ki, yanvarın 12-də ABŞ Prezidenti Donald Tramp “Air Force One”da jurnalistlərlə söhbəti zamanı bildirib ki, Qrenlandiyanın müdafiəsi iki itli xizəkdən ibarətdir.