Donald Tramp - NATO-dan mənə zəng etdilər, köməyə ehtiyacımız olub-olmadığını soruşdular, mən onlara uzaq durun dedim, lazım olanda onlar faydasız idilər, kağız pələngləri
NATO-dan mənə zəng etdilər və köməyə ehtiyacımız olub-olmadığını soruşdular. Mən onlara uzaq durun dedim, lazım olanda onlar faydasız idilər, kağız pələngləri! – bu haqda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
“İndi Hörmüz boğazı ilə bağlı vəziyyət bitəndə, NATO-dan mənə zəng etdilər və köməyə ehtiyacımız olub-olmadığını soruşdular. Mən onlara gəmiləri neftlə yükləmək istəmədikləri təqdirdə uzaq durun dedim. Lazım olanda onlar faydasız idilər, kağız pələngləri!” – Donald Tramp yazır.
Məlumat üçün bildirək ki, İranın xarici işlər naziri Abas Arağçi bildirib ki, İsrail və Livan arasında atəşkəs dövründə Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıq olacaq. ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür edib.