Donald Tramp – Müdafiə Nazirliyinə nüvə silahımızı sınaqdan keçirməyə başlamağa dair tapşırıq verdim, bu proses dərhal başlayacaq

11:04, 30.10.2025

 

ABŞ Prezidenti Donald Tramp Pentaqona “Amerika Birləşmiş Ştatlarının nüvə silahını sınaqdan keçirməyə dərhal başlamağa” dair tapşırıq verdiyini bildirib.

Tramp özünün “Truth Social” sosial şəbəkəsində dərc olunmuş paylaşımında qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının istənilən digər ölkədən daha çox nüvə silahı var.

“Ölkə buna, o cümlədən mövcud silahın tam yenilənməsinə və modernləşdirilməsinə birinci müddətim zamanı nail olub. Nəhəng dağıdıcı gücə görə bunu etmək istəmirdim, lakin başqa yol yoxdur. Rusiya ikinci yerdədir, Çin isə üçüncü yerdədir, lakin beş ilə keçəcək. Başqa ölkələrin sınaq proqramlarını nəzərə alaraq, Müdafiə Nazirliyinə bərabər şərtlərdə nüvə silahımızı sınaqdan keçirməyə başlamağa dair tapşırıq verdim. Bu proses dərhal başlayacaq” – Tramp sosial şəbəkədə yazır.

Oxşar