Donald Tramp – Möhtəşəm Venesuela xalqının məruz qaldığı iki zəlzələ miqyasca çox böyükdür, hökumətimizin bütün qurumlarına tez bir zamanda hərəkətə keçməyə hazır olmağı tapşırmışam

10:19, 25.06.2026

 

Möhtəşəm Venesuela xalqının indicə məruz qaldığı iki güclü zəlzələ miqyasca çox böyükdür və fəlakətli sayda itkilərə səbəb olub – bu haqda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.

Donald Tramp ABŞ-nin Venesuelaya kömək etməyə hazır olduğunu, eləcə də buna istəyi və imkanının olduğunu deyir.

“Hökumətimizin bütün qurumlarına tez bir zamanda hərəkətə keçməyə hazır olmağı tapşırmışam. Biz yeni və möhtəşəm dostlarımızın yanında olacağıq. İlkin məlumatlar ürəkaçan deyil!” – Tramp yazır.

Venesuelada iki güclü zəlzələ və təkrar təkanlar dağıntıya səbəb olub. İlkin məlumatlara əsasən, ən azı 32 nəfər həlak olub, 700 nəfər isə yaralanıb.

Oxşar