Donald Tramp - Minneapolisin meri ilə çox yaxşı telefon danışığım oldu, böyük irəliləyiş əldə edildi
ABŞ Prezidenti Donald Tramp “şəhərdə immiqrasiya nəzarətinin gücləndirilməsinə kritik münasibət bəsləyən demokrat”, Minneapolisin meri Ceikob Frey ilə çox yaxşı telefon danışığı apardığını bildirib.
“Minneapolisin meri Ceikob Frey ilə indilərdə çox yaxşı telefon danışığı apardım. Böyük irəliləyiş əldə edildi!” – Donald Tramp sosial şəbəkədə yazır.
Bununla yanaşı, ABŞ Prezidenti müzakirəni davam etdirmək üçün Ağ Evin sərhəd koordinatorunun Ceikob Frey ilə görüşəcəyini bildirib.
Bundan əvvəl Donald Tramp Minneapolisdə federal agent tərəfindən Aleks Pretin öldürülməsindən sonra Minnesotanın qubernatoru Tim Uoltsun ona zəng etdiyini və əməkdaşlıq təklif etdiyini bəyan etmişdi.