Donald Tramp Mixeil Ğavelaşvilini 26 May münasibətilə təbrik edir - "Bu il Amerika və gürcü xalqlarının dostluq əlaqələrini yeniləmək, ölkələrimizin rifahına töhfə vermək üçün yeni imkanlar yaradır"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Gürcüstan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edir.
Gürcüstan Prezident Administrasiyasının məlumatına əsasən, müvafiq təbrik sənədini gürcü tərəfi ilə ABŞ səfirinin vəzifələrinin icraçısı Alan Persel paylaşır.
ABŞ Prezidentinin təbrikində deyildiyi kimi, bu il Amerika və gürcü xalqları arasında dostluq əlaqələrini yeniləmək, ölkələrimizin təhlükəsizlik və rifahına töhfə vermək üçün yeni imkanlar yaradır.
“Əziz cənab Prezident, Amerika Birləşmiş Ştatları adından gürcü xalqını milli bayram münasibətilə təbrik edirəm. Bu il Amerika və gürcü xalqları arasında dostluq əlaqələrini yeniləmək, ölkələrimizin təhlükəsizlik və rifahına töhfə vermək üçün yeni imkanlar yaradır. Amerika Birləşmiş Ştatları Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü sarsılmaz şəkildə hələ də dəstəkləyir. Biz gürcü xalqını dayanıqlı təhlükəsizlik, öz müqəddəratını təyinetmə və müstəqilliyə yönəlik səylərində dəstəkləyirik” – Donald Trampın təbrik məktubunda qeyd olunub.
