Donald Tramp Mərkəzi Kəşfiyyat Agentliyinə Venesuelada gizli əməliyyatlar keçirmək hüququ verdiyini təsdiqləyir
ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat Agentliyinə Venesuelada gizli əməliyyatlar keçirmək hüququ verdiyinə dair məlumatı təsdiqləyib.
Gizli direktiv haqqında ilk dəfə “New York Times” məlumat yayıb.
Tramp qərarı iki əsas səbəbə görə verdiyini bildirib. Tramp bildirib ki, ilk növbədə ona görə ki, Venesuela çoxlu sayda məhbusu, o cümlədən psixiatriya müəssisələrindən çıxan şəxsləri azad edir və onlar daha sonra ABŞ-a daxil olurlar.
Trampın izahatına görə, ikinci səbəb Venesueladan ABŞ-a böyük hissəsi dəniz yolu ilə gətirilən külli miqdarda narkotik maddələrdir.
“Düşünürəm ki, Venesuelada vəziyyət gərgindir” – Tramp əlavə edib, lakin Mərkəzi Kəşfiyyat Agentliyinin Venesuelanın lideri Nikolas Maduronu ölümlə cəzalandırmaq səlahiyyətinin olub-olmaması ilə bağlı suala cavab verməyib.