Donald Tramp - Mənim administrasiyam bu vəhşiliyə töhfə verən hər kəsi tapacaq, o cümlədən zorakılığı maliyyələşdirən və dəstəkləyən təşkilatları
Donald Tramp - Mənim administrasiyam bu vəhşiliyə töhfə verən hər kəsi tapacaq, o cümlədən zorakılığı maliyyələşdirən və dəstəkləyən təşkilatları

 

Amerika üçün qaranlıq an – ABŞ Prezidenti Donald Tramp mühafizəkar şərhçi Çarli Kirkin qətlinə belə münasibət bildirir.

O, Çarli Kirkin milyonlarla insana ilham verdiyini deyir.

“Çarli milyonlarla insana ilham verdi və bu gün onu tanıyan və sevən hər kəsi şok və dəhşət birləşdirir. Çarli həyatını açıq debatlara və çox sevdiyi ölkəyə – Amerika Birləşmiş Ştatlarına həsr etmiş vətənpərvər idi. O, azadlıq, demokratiya, ədalət və Amerika xalqı üçün mübarizə aparırdı. O, həqiqət və azadlıq uğrunda şəhid oldu. Gəncliyin bu qədər hörmət etdiyi belə bir insan olmayıb. Çarli, həmçinin dərin inancı olan insan idi. Onun indi rahat şəkildə, səmada tanrı ilə bir yerdə olmasını bilməkdən təsəlli tapırıq. Dualarımız onun həyat yoldaşı Erika, iki kiçik sevimli övladı və dünyada hər şeydən çox sevdiyi bütün ailəsi ilədir. Biz tanrıdan bu dəhşətli saatlarda onları kədərdən və ağrıdan qorumasını xahiş edirik. Bu, Amerika üçün qaranlıq andır. Çarli Kirk sevinc ilə bütün ölkə miqyasında səyahət edirdi və vicdanlı debatlarla maraqlanan hər kəslə danışırdı. Onun missiyası ölkəyə olan sevgisini bölüşmək və sağlam düşüncəni sadə sözlərlə yaymaq üçün gəncləri siyasi prosesə cəlb etmək idi, bunu ən yaxşı şəkildə edirdi” – Donald Tramp bildirir.

ABŞ Prezidenti həmçinin qeyd edir ki, amerikalılar və media “zorakılıq və qətlin razılaşmadığınız insanları şeytanlaşdırmağın faciəvi nəticəsi olması faktı ilə üzləşməlidir”.

“İllər ərzində radikal solçular Çarli kimi möhtəşəm amerikalıları nasistlərlə və dünyadakı ən dəhşətli kütləvi qatil və cinayətkarlarla müqayisə edirdilər. Bu tip ritorika, bu gün ölkəmizdə gördüyümüz terrorizm ilə birbaşa əlaqəlidir və dərhal son qoyulmalıdır. Mənim administrasiyam bu vəhşiliyə və digər siyasi zorakılıqlara töhfə verən hər kəsi və hər birini, o cümlədən onu maliyyələşdirən və dəstəkləyən təşkilatları, eləcə də hakimlərimizi, hüquq-mühafizə orqanlarımızı və ölkəmizdə nizam-intizamı bərqərar edən hər kəsi təqib edənləri tapacaq” – Tramp bildirir.