Donald Tramp - Mən və Melania, Co Baydenin tibbi diaqnozu haqda xəbəri kədər hissi ilə qarşıladıq, Coya tez sağalmağı arzulayırıq
ABŞ Prezidenti Donald Tramp sabiq prezident Co Baydenin səhhətinə münasibət bildirib. Bu barədə Donald Tramp öz sosial şəbəkəsində yazır.
“Mən və Melania, Co Baydenin tibbi diaqnozu haqda xəbəri kədər hissi ilə qarşıladıq. Cilə və ailəsinə səmimi və ən xoş arzularımızı göndəririk, Coya isə tez və uğurlu sağalmağı arzulayırıq” – Tramp yazır.
Xatırladaq ki, bir az bundan əvvəl mediaya məlum oldu ki, ABŞ-nin 46-cı prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.