Donald Tramp - Mən Rusiyadan çox məyusam, lakin həmçinin Ukraynadan da
Mən Rusiyadan çox məyusam, lakin həmçinin Ukraynadan da – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Ağ Evdə jurnalistin ABŞ-nin Ukrayna və Rusiya ilə münasibəti kəsməyə nə dərəcədə yaxın olması və hər şeyi avropalıların ixtiyarına vermək niyyətində olub-olmaması ilə bağlı sualına Tramp bu vəziyyətə çox yaxın olduğunu deyib.
ABŞ Prezidenti razılaşmaya nail olmağın mümkün olduğunu qeyd edib.
“Mən bu vəziyyətə çox yaxınam. Mən Rusiyadan çox məyusam, lakin həmçinin Ukraynadan da, çünki düşünürəm ki, razılaşmalar əldə oluna bilərdi. Həftədə 5 000 və ya 6 000 insanı, əsasən əsgərləri, lakin həmçinin, şəhərlərdə yaşayan insanları itiririk, çünki yenə də raketlər atırlar. Axşam raketin binaya düşmə ehtimalı çox böyük olan həmin binada yaşamaq necədir. Bu dəhşətdir. Belə həyat dəhşət olmalıdır. Biz Hindistan və Pakistanla mükəmməl işlədik. İsraillə çox yaxşı işlədik. 7 oktyabr fəlakət idi. Bu dəhşətli bir şey idi. Lakin, bilirsiniz, mən prezident olsaydım, bütün bunlar baş verməzdi. Mən prezident olsaydım, heç nə olmazdı. Bunu həll etmək çox vacibdir. Bu qan axıdılmasıdır. Bu dəhşətli qan axıdılmasıdır” – Tramp bildirib.