Donald Tramp - Mən olmasaydım, indi dünyada altı müharibə olardı
Donald Tramp - Mən olmasaydım, indi dünyada altı müharibə olardı

 

Donald Tramp bildirir ki, əgər o olmasaydı, indi dünyada altı böyük müharibə olardı. Bu haqda o, Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüş başlamazdan əvvəl bildirib.

“Mən olmasaydım, indi, dəqiq indi altı müharibə olardı. Hindistan və Pakistan arasında döyüş olardı” – Tramp deyib.

Amerikanın Prezidenti həmçinin qeyd edib ki, onun müdaxiləsi və ticarət danışıqlarını dayandırmaqla hədələməsi Tailand və Kambocanı atəşkəsə aparıb.

Tramp nümunə olaraq həmçinin Serbiya və Kosovo, eləcə də Ruanda və Konqo Demokratik Respublikası arasında sülh sazişini göstərib, lakin digər iki müharibədə hansı ölkələri nəzərdə tutduğunu deməyib.