Donald Tramp – Mən Makronla danışdım, 10 ballıq şkalada o, səkkizdir; ideal deyil, amma bu Fransadır, biz mükəmməllik gözləmirik
ABŞ prezidenti Donald Tramp Fransız həmkarı Emmanuel Makronu 10 ballıq şkalada səkkiz bal ilə qiymətləndirib. Bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
Prezidentə Hörmüz boğazının açılması üçün koalisiyaya qoşulmaq məqsədilə Makronla danışıb-danışmadığı sual olunub və Tramp müsbət cavab verib:
“Bəli, danışdım. Sıfırdan onluq şkalada o, səkkizdir. Ideal deyil, amma bu Fransadır, biz mükəmməllik gözləmirik”, – deyə Tramp bildirib.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, əmindir ki, Fransanın dəstəyi Hörmüz boğazının açılmasına kömək edəcək:
“Düşünürəm ki, Makron Hörmüz boğazının açılmasında bizə kömək edəcək. Biz dünyanın ən güclü millətik. Ən güclü ordumuz var. Bizə heç kimin köməyi lazım deyil. Bunu ona görə edirəm ki, görüm, kim necə reaksiya verəcək”, – deyə Tramp əlavə edib.