Donald Tramp - Mən kralam
Donald Tramp - Mən kralam

 

Mən kralam – ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının üzvlərinə Vaşinqtonda çıxışı zamanı belə müraciət edib.

Tramp istənilən insandan daha çox “Boeing” təyyarəsi satdığını və “İlin Satıcısı” mükafatına da layiq olduğunu bildirib.

“Mən kralam – yer üzündəki istənilən insandan daha çox “Boeing” təyyarəsi satmışam. Mənə “İlin Satıcısı” mükafatını verdilər. Dedim ki, “Boeing”in tarixindəki satıcılar haqqında nə deyərdiniz? Tarixdə istənilən digər insandan daha çox “Boeing” təyyarəsi satmışam” – Donald Tramp deyib və mindən çox təyyarə satdığını qeyd edib.