Donald Tramp – Mən həmişə Prezident Ərdoğan ilə danışıram, o mənim dostumdur, onu hər zaman sevindirəcəyəm

19:29, 03.10.2026

 

ABŞ Prezidenti Donald Tramp, türk həmkarı Rəcəp Tayyib Ərdoğanı “hər zaman sevindirməyə” çalışdığını deyib.

Tramp Alabamaya yola düşməzdən əvvəl Ağ Evdə “CNN Türk”ün müxbirinin “İyulda NATO sammitində Tramp Ərdoğana dəstəyini ifadə etdikdən sonra nə üçün ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etmir?” sualına cavab olaraq Ağ Evin lideri qeyd edib ki, Ərdoğan onun dostudur və onu hər zaman sevindirəcək.

“Mən hər zaman Prezident Ərdoğan ilə danışıram. Bildiyiniz kimi, o mənim dostumdur. Mən onu hər zaman sevindirəcəyəm” – Tramp jurnalistə açıqlayıb.

Medianın məlumatına əsasən, iyulda Türkiyədə NATO sammiti çərçivəsində Ərdoğan ilə görüşdə Tramp Türkiyə üçün CAATSA (Sanksiyalar Aktı ilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Haqqında Akt) sanksiyalarını ləğv etmək istədiyini və Ankaraya F-35 qırıcılarını əldə etməyə icazə verilməsini “mütləq” nəzərdən keçirəcəyini bəyan etmişdi.

Oxşar