Donald Tramp – Məmnuniyyətlə bəyan edirəm ki, müəyyən mənada sensasiya sayılacaq bir qərar vermişəm: ABŞ prezidentliyinə dördüncü dəfə namizəd olmağı planlaşdırıram

13:19, 25.07.2026

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində üçüncü müddətə namizəd olmaq ehtimalı barədə danışıb.
“Prezidentlik ikinci dəfə həmişə daha yaxşıdır, üçüncü dəfə isə daha da yaxşıdır”, – deyə Tramp bildirib və bununla sadəcə zarafat etdiyini izah edib.

Daha sonra çıxışı zamanı Tramp üzərində “Trump 2028” yazısı olan qırmızı papaq taxaraq, prezidentliyə dördüncü dəfə namizədliyini irəli sürəcəyini və bununla da vəzifəyə üçüncü dəfə gəlməyə çalışacağını açıqlayıb.

“Sevinclə niyyətimi bəyan edirəm – bu, müəyyən mənada sensasiyadır – ABŞ prezidentliyinə dördüncü dəfə namizəd olmaq istəyirəm”, – deyə Donald Tramp bildirib.

Qeyd edək ki, ABŞ Konstitusiyasına edilən 22-ci düzəlişə əsasən, heç bir şəxs ölkə prezidenti vəzifəsində iki müddətdən artıq qala bilməz.

Oxşar