Donald Tramp Meksikanı şimala, ABŞ istiqamətində irəliləyən mindən çox miqrantı dayandırmayacağı təqdirdə tarifləri ikiqat artıracağı ilə təhdid edir

22:42, 12.11.2026

 

Donald Tramp Meksikanı şimala, ABŞ istiqamətində irəliləyən mindən çox miqrantı dayandırmayacağı təqdirdə tarifləri ikiqat artıracağı ilə təhdid edir.

O, Meksikanın onları dərhal dayandırmalı olduğunu bildirib.

Bununla yanaşı, Ağ Evin rəhbəri bildirib ki, Texas ştatında miqrantların yeni dalğasının öhdəsindən gəlməyə hazırdırlar.

“Mənim seçki bülletenində olmadığım aralıq seçkilərində respublikaçıların məğlubiyyəti proqnozlaşdırıldığı üçün ölkəmizə yenidən axın baş verir. İnsanlardan ibarət nəhəng karvanlar formalaşır və Meksikada qanunsuz yürüşə başlayır. Bu karvanlarda digər ölkələrin istəmədiyi bir çox insan var – “Onları Amerikaya göndərin” – deyirlər – lakin onlar qəbul edilməyəcəklər! Meksika onları dərhal dayandırmalıdır və əgər bunu etməsələr, Meksikaya qarşı tariflər dərhal ikiqat artırılacaq. Meksika, Texasın qubernatoru, Texasın çox liberal yeni qubernatoru, bizim əzəmətli Sərhəd Patrul xidmətimiz və ICE kifayət qədər məlumatlandırılıblar. Heç bir güzəşt olmayacaq!” – Tramp sosial şəbəkədə yazıb.

“Reuters” yazır ki, noyabrın 10-da Qvatemala sərhədində yerləşən Tapaçula şəhərindən əsasən Mərkəzi Amerikadan olan təxminən 1500 nəfər Meksikanı keçərək ABŞ istiqamətində getmək qərarına gəlib. Nəşrin məlumatına əsasən, miqrantlar demokratların seçkilərdə qələbə qazanmasının Birləşmiş Ştatların immiqrasiya siyasətini dəyişəcəyinə və onlara ABŞ-də yaşamaq hüququ veriləcəyinə ümid edirlər.

Oxşar