Donald Tramp Meksika körfəzinin “Amerika körfəzi” adlandırılmasını istədiyini bildirir

22:51, 07.01.2025

 

Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp Meksika körfəzinin adının dəyişdirilməsini və onun “Amerika körfəzi” adlandırılmasını istədiyini bildirir.

“Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirmək niyyətindəyik, bu gözəl səslənir. Amerika körfəzi böyük ərazini əhatə edir – nə gözəl addır. Və bu uyğundur” – Tramp Mar-a-Laqoda jurnalistlərlə görüşü zamanı bildirib.

Bununla yanaşı, Donald Tramp bir daha Meksikanı ABŞ-Meksika sərhədində qeyri-qanuni immiqrasiyanın dayandırılmasına kömək etməyə çağırıb və həmçinin Meksikaya tariflərin tətbiqi şərtindən də danışıb.

Oxşar