Donald Tramp – Maykl Uolts dərs aldı, o, yaxşı insandır

19:04, 25.03.2025

 

Maykl Uolts dərs aldı və o, yaxşı insandır – bu haqda ABŞ Prezidenti Donald Tramp “NBC News”a telefonla müsahibəsində bildirib.

Həmçinin, Amerika Prezidenti qeyd edib ki, Maykl Uolts tərəfindən “The Atlantic”in redaktoru Cefri Qoldberqin təsadüfən daxili yazışmalara əlavə edilməsi hərbi əməliyyata heç bir təsir göstərməyib.

Bu bəyanatı Tramp, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uoltsun milli təhlükəsizlik komandasının Yəməndə “Husilərə” qarşı hava zərbələri planlarını müzakirə etdikləri qrup çatına “The Atlantic” jurnalının redaktoru Cefri Qoldberqi təsadüfən əlavə etməsi məlum olduqdan sonra verib.

Həmçinin, ABŞ Prezidenti komandasına inandığını bildirib və baş verənlərdən məyus olmadığını qeyd edib.

“Bu, iki ayda yeganə səhv idi və məlum oldu ki, ciddi deyil” – prezident bildirir.

Oxşar