Donald Tramp martın 18-də Vladimer Putinlə danışmağı planlaşdırdığını bildirir
ABŞ Prezidenti martın 18-də rus həmkarı ilə danışmağı planlaşdırır – bu haqda Donald Tramp Floridadan Vaşinqtona qayıdarkən jurnalistlərə deyib.
Tramp Ukraynada müharibəyə son qoyulmasını müzakirə edəcəyini bildirib.
“Biz istəyirik, görək, bu müharibəyə son qoya bilərik, yoxsa yox. Bəlkə bacara bilərik, bəlkə bacarmarıq, lakin düşünürəm ki, çox yaxşı şansımız var” – Tramp bildirib.
Jurnalist ABŞ Prezidentindən atəşkəs müzakirə olunarkən hansı güzəştlərdən bəhs olunduğunu soruşub.
“Biz torpaqdan danışacağıq. Biz elektrik stansiyalarından danışacağıq. Bu, böyük məsələdir, lakin fikrimcə, artıq hər iki tərəf, Ukrayna və Rusiya tərəfindən çox şey müzakirə olunub. Biz artıq bu barədə danışırıq – müəyyən aktivlərin bölüşdürülməsi haqda. Bəli, onlar artıq bunun üzərində işləyirlər” – Tramp qeyd edib.