Donald Tramp Malayziyaya səfərini başa vurub, ABŞ Prezidenti Yaponiyanın imperatoru ilə görüşəcəyi Tokioya yollanıb
Donald Tramp Malayziyaya səfərini başa vurub, ABŞ Prezidenti Yaponiyanın imperatoru ilə görüşəcəyi Tokioya yollanıb

 

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində iştirak etdikdən sonra ABŞ Prezidenti Donald Tramp Malayziyanı “böyük və canlı ölkə” elan edib və Kuala Lumpuru tərk edib. Bu haqda məlumatı “Reuters” yayır.

Medianın məlumatına əsasən, Trampın beş günlük Asiya turu Tokioda davam edəcək və Yaponiyanın imperatoru Naruhito onu İmperator Sarayında qəbul edəcək. Daha sonra isə ABŞ Prezidenti Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə ilk dəfə görüşəcək və iki ölkə arasında ticarət əlaqələrini müzakirə edəcək. Mediada yeni seçilmiş baş nazirin sələfinin planlarını təsdiqləyəcəyini ehtimal edirlər.

Tokioda Donald Trampın ehtimal ki, ziyarət etməyi planlaşdırdığı ABŞ səfirliyi və digər əlamətdar yerlər ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Tokio Metropolitan Polis Departamentinin 18 minə qədər əməkdaşı səfərbər olunub.

Məlumat üçün bildirək ki, Donald Trampın turu oktyabrın 30-da Cənubi Koreyada Si Dzinpinlə təkbətək görüşlə başa çatacaq.