Donald Tramp Makronu Fransada dərman qiymətlərini qaldırmağa razı olmağa məcbur etdiyini bildirir
ABŞ Prezidenti Donald Tramp Fransanı dərman qiymətlərini qaldırmağa razı olmağa məcbur etdiyini bildirib.
Tramp Parisi ABŞ-a idxal edilən bütün Fransa məhsullarına 25 faizlik rüsum tətbiq etməklə hədələdiyini bildirib.
Tramp Vaşinqtonda Kennedi Mərkəzində Konqresin Respublikaçı üzvləri qarşısında çıxış edərkən Fransa Pprezidenti Emmanuel Makronla iki ölkə arasında dərman qiymətlərindəki qeyri-bərabərlik haqda keçirilən danışıqlar barədə danışıb. Tramp Makrona Fransanın qiymətləri qaldırmalı olduğunu, çünki amerikalıların reseptli dərmanlara fransız istehlakçılarından 14 dəfə çox pul ödədiyini deyib.
Tramp ya ABŞ-nin tələblərinə razı olacaq, ya da şərab və şampan da daxil olmaqla, fransız mallarına 25 faizlik rüsum tətbiq olunacağı ilə bağlı Fransa Prezidentinə ultimatum verdiyini bildirib.
“Emmanuel mənə dedi ki, “Donald, səninlə razılaşma var. Dərmanlarımın qiymətini 200 faiz qaldırmaq istəyirəm. Bunu zövqlə edərdim, bu, böyük şərəf olardı. Donald, xahiş edirəm ictimaiyyətə demə, sənə yalvarıram” – Donald Tramp deyib.