Donald Tramp – Liberal olan hər şey çirkli və iyrənc hala gəlir
Liberal olan hər şey çirkli və iyrənc hala gəlir – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirir.
ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı Demokratlar Partiyası tərəfindən idarə olunan şəhərləri tənqid edib. O, bu şəhərlərdə yüksək cinayətkarlıq səviyyəsindən əlavə, təmizlik çatışmazlığının da olduğunu deyib.
“Sosializm, liberalizm, proqressivizm. “Proqressivizm” sözü yaxşı sözdür. Onlar bu sözü işlətməyi sevirlər, lakin radikal solçular artıq onlara bu sözdən istifadə etməyə icazə vermirlər” – Tramp qeyd edir.
Donald Tramp konkret şəhər adı çəkməyib, lakin bildirib ki, bu xarakteristika praktiki olaraq demokratlar tərəfindən idarə olunan bütün şəhərlərə aiddir.