Donald Tramp – Kuba da düşəcək
Donald Tramp – Kuba da düşəcək

Kuba da düşəcək, – bu barədə ABŞ prezidenti Donald Tramp “Politico”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Kubanın kommunist rəhbərliyi ilə əlaqə saxlayır, çünki adada Venesuela lideri Nikolás Maduronun saxlanılmasından sonra qeyri-sabitlik güclənir.

O həmçinin qeyd edib ki, adada vəziyyətin pisləşməsi qismən ABŞ-ın təzyiqinin nəticəsidir.

“Bu mənim müdaxiləmə görədir. Baş verən müdaxilədir. Aydındır ki, əks halda onların bu problemi olmazdı. Biz bütün nefti, bütün pulu dayandırdıq… Venesueladan gələn hər şeyi – hansı ki, yeganə mənbə idi. Nə qədərdir Kuba haqqında eşidirsiniz – 50 ildir? Və bu mənim üçün ən əhəmiyyətsiz məsələlərdən biridir”, – deyə Tramp bildirib.

Bununla yanaşı, İranın gələcək liderinin seçiminə nə qədər böyük təsir göstərməyi gözlədiyi barədə suala cavab olaraq Tramp bildirib ki, böyük təsir göstərməyi planlaşdırır.

“Biz xalqla və rejimlə işləyəcəyik ki, oraya İranı yaxşı qura bilən, lakin nüvə silahı olmayan biri gəlsin”, – deyə Tramp bildirib.