Donald Tramp Konqres “Amerikanı Xilas Etmək Aktı”nı qəbul edənədək iki partiyanın dəstəklədiyi mənzil qanunvericiliyini imzalamağı təxirə salıb

21:05, 24.06.2026

 

ABŞ Prezidenti Donald Tramp ABŞ-da əlçatan mənzil tikintisini sürətləndirməyi və əhali üçün daha yaxşı şərait yaratmağı hədəfləyən iki partiyanın dəstəklədiyi qanun layihəsini imzalamağı təxirə salıb.

Trampın sözlərinə əsasən, qanunun imzalanması Konqres onun üçün prioritet olan və “milli fövqəladə zərurət” kimi dəyərləndirdiyi “Amerikanı Xilas Etmək Aktı”nı qəbul edənə qədər təxirə salınacaq.

“Mənim milli fövqəladə vəziyyət hesab etdiyim, çox ehtiyac duyulan “Amerikanı Xilas Edək” aktını qəbul edənə qədər bugünkü mənzil mətbuat konfransı və imzalama mərasimi ləğv edilir. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm” – Donald Tramp yazır.

“Reuters”in məlumatına əsasən, qanun layihəsi artıq Nümayəndələr Palatası tərəfindən 32 əleyhinə olmaqla 358 səslə, Senat tərəfindən isə 5 əleyhinə olmaqla 85 səslə qəbul edilib. Medianın məlumatına əsasən, Donald Tramp bu addımı ABŞ-da yüksək yaşayış xərclərinin, Trampın ikinci prezidentlik müddətində inflyasiyanın əhəmiyyətli dərəcədə artması ilə birlikdə rəy sorğularında seçicilərin əsas problemi hesab olunduğu, həmçinin böyük investisiya şirkətlərinin artıq tikilmiş fərdi evlərə sahiblik hüququnun məhdudlaşdırıldığı bir vaxtda atıb.

Məlumat üçün bildirək ki, SAVE AMERICA ACT Prezident Donald Tramp tərəfindən aktiv şəkildə dəstəklənən qanun layihəsidir. Onun əsas ideyası ondan ibarətdir ki, vətəndaşlar federal seçkilərdə səs vermək üçün qeydiyyat zamanı ABŞ vətəndaşlığını təsdiq edən sənəd (məsələn, pasport və ya doğum haqqında şəhadətnamə) təqdim etməli, həmçinin şəxsiyyətin müəyyən edilməsi tələbləri sərtləşdirilməlidir. Qanun layihəsinin tərəfdarları bunun seçkilərin təhlükəsizliyini artıracağını, əleyhdarları isə qanunun bir çox seçicinin, xüsusən də lazımi sənədləri olmayanların səs verməsini çətinləşdirəcəyini hesab edirlər.

Oxşar