Donald Tramp Konqresi hava hərəkətinə nəzarət sisteminin, terminalların və digər mühüm infrastrukturun yenilənməsini əhatə edən qanunu təcili qəbul etməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp respublikaçı senator Erik Şmitlə telefon danışığı zamanı Konqresi hava hərəkətinə nəzarət sisteminin, terminalların və digər mühüm infrastrukturun yenilənməsini əhatə edən qanunu mümkün qədər tez qəbul etməyə çağırıb.
Şmit Konqresin Ticarət, Elm və Nəqliyyat Komitəsinin üzvüdür. O, sentyabr ayında aviasiya infrastrukturunun yenilənməsi üçün əlavə 30 milyard dolları nəzərdə tutan yeni qanun layihəsi irəli sürüb.
“CNN”in məlumatına əsasən, Donald Tramp administrasiyası uçuşların dayandırılmasından bir neçə saat əvvəl Konqresə məktub göndərərək həmin 30 milyard dolların ayrılmasını tələb edib.
Məlumat üçün bildirək ki, ABŞ-da bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. Nəqliyyat katibi Şon Dafi və daxili təhlükəsizlik katibi Markveyn Mallin Ağ Evdə keçirilən brifinqdə bəyan ediblər ki, uçuşların dayandırılmasına səbəb köhnəlmiş avadanlıqdan daxil olan qeyri-ardıcıl məlumatlar olub.