Donald Tramp - Kolumbiyanı kokain istehsal edən və Amerika Birləşmiş Ştatlarına satan xəstə kişi idarə edir, o, bunu artıq uzun müddət edə bilməyəcək
ABŞ Prezidenti Donald Tramp Kolumbiya hökumətini “xəstə kişinin idarə etdiyini” bildirib.
“Bizim çox xəstə qonşumuz var, o, qonşu hesab oluna bilər və bu Venesueladır. Kolumbiya da çox xəstədir. Onu kokain istehsal edən və Amerika Birləşmiş Ştatlarına satan xəstə kişi idarə edir. O, bunu artıq uzun müddət edə bilməyəcək. Onun kokain zavodları və fabrikləri var. Bunu artıq uzun müddət edə bilməyəcək” – Tramp bildirib.
Jurnalist Donald Trampa Amerika Birləşmiş Ştatlarının Kolumbiyada əməliyyat keçirib-keçirməyəcəyinə dair sual verib.
“Mənə xoş gəlir. Bilirsiniz niyə? Çünki onlar çox insanı öldürürlər” – Amerika Birləşmiş Ştatları Prezidenti cavab verib.
Bununla yanaşı, Amerika Birləşmiş Ştatları Prezidenti Kubanın dağılmaq üzrə olduğunu deyib.
“Kuba sanki süquta hazır olaraq görünür. Onların dözüb-dözməyəcəyini bilmirəm, lakin Kubanın hazırda gəliri yoxdur. Bütün gəlirlərini Venesueladan, Venesuela neftindən əldə edirdilər. Artıq bunu almırlar. Kuba sözün əsl mənasında süquta hazırdır” – Tramp bildirib.
Jurnalist Donald Trampa Amerika Birləşmiş Ştatlarının Kubada hərbi əməliyyatı nəzərdən keçirib-keçirmədiyinə dair sual verib.
“Düşünürəm ki, sadəcə süqut edəcək. Düşünmürəm ki, bizə nəsə əməliyyat lazımdır” – Donald Tramp qeyd edib.
Bununla yanaşı, o, Meksikanı “kartellərin idarə etdiyini” bildirib.
“Yeri gəlmişkən, Meksika ilə bağlı da nəsə edilməlidir. Meksika özünü qaydasına salmalıdır, çünki Meksikadan keçməklə hər şey gəlir. Biz nəsə etməliyik. Meksikanı kartellər idarə edirlər. Bunu demək xoş deyil, lakin kartellər Meksikanı idarə edirlər” – Amerika Birləşmiş Ştatları Prezidenti qeyd edib.