Donald Tramp - Kim təsəvvür edərdi ki, biz Yaxın Şərqdə sülhə nail olacağıq, lakin bunu Rusiya ilə Ukrayna arasında edə bilməzdik? Bir az fərqli oldu, lakin bunu da bacaracağıq
Kim təsəvvür edərdi ki, biz Yaxın Şərqdə sülhə nail olacağıq, lakin bunu Rusiya ilə Ukrayna arasında edə bilməzdik? Bir az fərqli oldu, lakin bunu da bacaracağıq – bu haqda ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp bildirib ki, Rusiya Prezidenti Vladimer Putinlə münasibətlərinə görə bunun asan olacağını düşünürdü, lakin “fərqli alındı”.
“Etmədiyim yeganə şey Rusiya-Ukrayna məsələsidir, lakin bu da ediləcək. Prezident Putinlə münasibətlərimə görə bunun asan olacağını zənn etdim, lakin bir az fərqli oldu. Düşünürəm ki, ediləcək. Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt, heç vaxt başlamazdı. Kim təsəvvür edərdi ki, biz Yaxın Şərqdə sülhə nail olacağıq, lakin bunu Rusiya ilə Ukrayna arasında edə bilməzdik? Çünki Yaxın Şərqdə sülh imkansız idi. Onlara baxın, biz bunu bacardıq. 3000 il – onlarda heç vaxt sülh olmayıb. Onlarda heç vaxt belə bir şey olmayıb. Düşünürəm ki, bu, uzun müddət, ümid edirəm ki, əbədi davam edəcək. Ümid edirəm ki, bu da əbədi olacaq” – Tramp bildirib.