Donald Tramp – Karolina, Pensilvaniya və Miçiqanda böyük gün, çıxıb səs verməyinizin vaxtıdır, birlikdə Amerikanı yenidən möhtəşəm edə bilərik
Respublikaçılar Partiyasından Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizəd Donald Tramp seçiciləri seçkilərdə səs verməyə çağırır.
Bu haqda Tramp “X” sosial şəbəkəsində yazır.
“Şimali Karolina, Pensilvaniya və Miçiqanda böyük gün – təşəkkür edirəm. Çıxıb səs verməyinizin vaxtıdır, birlikdə Amerikanı yenidən möhtəşəm edə bilərik” – Donald Tramp yazır.
ABŞ-da prezident seçkiləri keçirilir. ABŞ-ın şərq sahilində, Vermont ştatında yerli vaxtla saat 05:00-da ilk seçki məntəqələri açılıb.