Donald Tramp – Kanadanın ehtiyac duyduğumuz heç bir şeyi yoxdur, onlara belə rəftar etməyin artıq yolverilməz olduğunu öyrətməyin vaxtıdır
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla razılaşmaları pozmağın məsuliyyətsiz addım olduğunu Kanadaya “öyrətməyin” vacibliyini bildirib.
“Kanadaya belə rəftar etməyin artıq yolverilməz olduğunu öyrətməyin vaxtıdır” – Tramp bildirib.
ABŞ Prezidentinin sözlərinə əsasən, Kanadaya “kifayət qədər yaxşı razılaşma” təklif edib, lakin Ottava bundan imtina edib.
“Mənim razılaşmam var idi, kifayət qədər yaxşı razılaşma. Onların mütləq ehtiyac duyduğumuz heç bir şeyi yoxdur. Biz onlar olmadan da keçinə bilərik. Bəzi şeylər var ki, müəyyən narahatlıq yarada bilər, lakin biz onları başqa yerdən də əldə edə bilərik” – ABŞ Prezidenti qeyd edib.
Bununla yanaşı, Ağ Evin ticarət məsələləri üzrə müşaviri Piter Navarro bildirib ki, yekunda Kanada təklif olunandan daha pis şərtlər alacaq.
“Bu, Kanada üçün yaxşı bitməyəcək. İmtina etdiyiniz o razılaşmaya bir daha heç vaxt sahib olmayacaqsınız. Yekunda əldə edəcəyiniz şey bundan daha az olacaq. İqtisadi baxımdan onlar bu razılaşmadan imtina etməməli idilər” – Navarro bildirib.
Tramp iki ölkə arasındakı danışıqlar pozulduqdan sonra Kanadadan idxal olunan təxminən 20 milyard dollar dəyərində mala 50%-lik tariflər tətbiq edib. Tramp həmçinin Kanada avtomobilləri və onların ehtiyat hissələrinə yanvarın 1-dən qüvvəyə minəcək 50%-lik tarif elan edib. Kanada isə sentyabrın 8-dən qüvvəyə minəcək cavab tarifləri tətbiq edib.