Donald Tramp – Kanadanın Baş naziri ilə telefon danışığını başa çatdırdım, çox şeydə razılığa gəldik, Kanada seçkilərindən sonra dərhal görüşəcəyik

21:53, 28.03.2025

 

ABŞ Prezidenti Donald Tramp və Kanadanın Baş naziri Mark Karni arasında telefon danışığı olub. Bu barədə Donald Tramp sosial şəbəkədə yazıb.

Trampın yazdığı kimi, söhbət məhsuldar keçib.

“Kanadanın Baş naziri Mark Karni ilə söhbəti indicə başa çatdırdım. Çox məhsuldar zəng idi, çox şeydə razılığa gəldik. Kanada seçkilərindən sonra siyasət, biznes və ümumi nəticədə həm ABŞ, həm də Kanada üçün yaxşı olacaq bütün digər amillər üzərində işləmək üçün dərhal görüşəcəyik. Bu məsələyə diqqətinizə görə təşəkkür edirik” – Donald Tramp yazır.

Məlumat üçün bildirək ki, bundan əvvəl Karni Donald Trampla telefon danışığı planlaşdırdığını bildirmişdi. Bu, Mark Karninin Kanadanın baş naziri vəzifəsini tutmasından sonra liderlər arasında ilk telefon danışığıdır.

Oxşar