Donald Tramp – Kanada ştat olmadan, ştat statusunun gətirdiyi faydaları əldə etmək istəyir
Kanada ştat olmadan, ştat statusunun gətirdiyi faydaları əldə etmək istəyir – bu haqda ABŞ Prezidenti Donald Tramp bildirib.
“Onlar həmçinin uzun illər ərzində bizim möhtəşəm fermerlərimizə nəhəng tariflər tətbiq edirdilər, bu artıq davam etməyəcək” – Tramp sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, ABŞ və Kanada arasında ticarət danışıqları uğursuzluqla nəticələnib, bundan sonra da ABŞ 20 milyard dollar dəyərində Kanada mallarına 50%-lik tariflər tətbiq edib.
ABŞ-nin tətbiq etdiyi tariflərə cavab olaraq isə Kanadanın Baş naziri bəyan edib ki, Kanada Vaşinqtonun tətbiq etdiyi yeni tarifləri dolları dollarına bərabərləşdirəcək. Mark Karninin bəyan etdiyi üzrə, qeyd olunan tariflər sentyabrın 8-dən qüvvəyə minəcək.