Donald Tramp – Kanada illər boyu bizə qarşı çox sərt olub və heç bir prezident buna qarşı tədbir görməyib, tariflər onların fermerlərimiz və xalqımızla necə rəftar etməsinə yalnız bir cavabdır
Bu, yalnız və yalnız onların fermerlərimiz və xalqımızla necə rəftar etməsinə cavabdır. Kanada illər boyu bizə qarşı çox sərt olub və heç bir prezident bununla bağlı heç bir tədbir görməyib – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp ABŞ-nin Kanada məhsullarının geniş çeşidinə 50 faizlik tarif tətbiq etməsi ilə bağlı sualı cavablandırıb.
“Mən Kanadanı, Kanada xalqını sevirəm, Kanadada çoxlu dostum var, lakin onların rəhbərliyi – Trudodan tutmuş indiki liderədək… ədalət naminə demək lazımdır ki, sağ qalmaq üçün bizə ehtiyacları var, bizsiz sağ qala bilməzlər. Son 50 il ərzində bizə qarşı çox sərt rəftar ediblər” – Tramp qeyd edib.