Donald Tramp Kamala Harrislə daha bir debatdan imtina edir və debatda artıq qalib gəldiyini bildirir

14:40, 10.10.2024

 
ABŞ prezidentliyinə namizəd Donald Tramp Kamala Harrislə ikinci debatdan imtina edir. Respublikaçıların prezidentliyə namizədi sosial şəbəkədə yazıb ki, Co Bayden və Kamala Harrislə əvvəlki iki debatda artıq qalib gəlib.

“Bir boksçunun döyüşdə məğlub olduqdan sonra etdiyi ilk şey revanş oyunu istəməkdir. İndi artıq çox gecdir, səsvermə prosesi artıq başlayıb – heç bir revanş olmayacaq. Bundan başqa, Kamala dünən açıq şəkildə Co Baydendən fərqli heç nə etməyəcəyini bildirib, ona görə də debatlıq heç nə yoxdur” – Tramp sosial şəbəkədə yazır.

Donald Trampın qeyd etdiyi kimi, o, anketlərdə də liderlik edir və üstünlüyü günü-gündən artır.

Medianın məlumatına əsasən, “Fox News”un ABŞ prezidentliyinə namizədlərə debatların yeni raundunun keçirilməsini təklif etməsindən sonra Donald Tramp sözügedən paylaşımı sosial şəbəkədə edib.

Bundan əvvəl “CNN” də eyni istəyi ifadə etmişdi və Kamala Harris bununla razılaşmışdı. “CNN”in təklifinə əsasən, hər iki namizəd razılaşarsa, debatın ikinci raundu oktyabrın 23-də Atlanta ştatında keçirilməlidir.

Oxşar