Donald Tramp – Kamala Harris aşağı IQ-sü olan insandır, bizim belə dörd ilimiz artıq var idi

12:58, 05.11.2024

 
Amerika Birləşmiş Ştatlarının Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdən əvvəl tərəfdarları ilə son görüşünü keçirib. Tramp Miçiqan ştatında iki saata yaxın çıxış edib və qeyd edib ki, bu, onun prezident seçkilərində sonuncu iştirakıdır.

Prezidentliyə namizəd bir sıra seçki vədlərini, o cümlədən qanunsuz miqrasiyanı təkrarlayıb.

Həmçinin, Tramp Kamala Harris haqqında da danışıb.

“O, aşağı IQ-sü olan insandır və bizə olduqca aşağı IQ-sü olan insan lazım deyil. Bizim belə dörd ilimiz var idi. Əgər yalançı Kamalaya səs versəniz, daha dörd il bədbəxtlik, uğursuzluq və ölkəmizin heç vaxt çıxa bilməyəcəyi fəlakətləriniz olacaq” – Tramp deyib.

Trampın qeyd etdiyi kimi, il ərzində seçicilərlə 900-dən çox görüş keçirib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri başlayır. 2016-2020-ci illərdə ABŞ Prezidenti olmuş Donald Tramp Respublikaçılar Partiyasından seçkilərdə iştirak edir, demokratların namizədi isə hazırkı vitse-prezident Kamala Harrisdir.

Hər iki namizəd seçkilər başlamazdan əvvəl tərəfdarları ilə son görüşünü artıq keçirib.

Oxşar