Donald Tramp Jay D. Vensi və Marko Rubiounun fərqi barədə danışıb, dəstək verəcəyi barədə konkret söz deməyib
ABŞ prezidenti Donald Tramp NBC News jurnalistinin sualına cavab olaraq, vitse-prezident Jay D. Vens və Dövlət Katibi Marko Rubiounun fərqi barədə danışıb: “Biri digərindən daha diplomatikdir. Məncə, hər ikisinin yüksək zəka səviyyəsi var, hər ikisi möhtəşəmdir.”
Tramp həmçinin 2028-ci ildə Respublikaçı partiyanın prezident namizədi üçün Jay D. Vensə yoxsa Marko Rubioga dəstək verəcəyinə dair suala cavab verməkdən imtina edib: “Bu məsələyə baxmaq istəmirəm. Qarşıda üç il var. Mənim iki insanım var ki, möhtəşəm iş görür. Münaqişə yaratmaq istəmirəm, ‘mübahisə’ sözünü işlətmək istəmirəm. Jay D. Vens möhtəşəmdir, Marko Rubio da möhtəşəmdir.”
Tramp qeyd edib ki, Rubio və Vensin birləşməsi “dayanılmaz” olardı.
2029-cu il yanvarın 21-də yenidən prezident olma ehtimalına dair sual üzərində Tramp deyib: “Bilmirəm, bu maraqlı olacaq. Sizinlə razılaşsam və istədiyiniz cavabı versəm, dəhşətli olmaz? Bu, həyatı xeyli maraqsız edərdi.”