Donald Tramp - İyunda İranın nüvə potensialını məhv etdik, indi daha bir gözəl armada İrana doğru gedir, razılaşma imzalayacaqlarına çox böyük ümidim var
Donald Tramp - İyunda İranın nüvə potensialını məhv etdik, indi daha bir gözəl armada İrana doğru gedir, razılaşma imzalayacaqlarına çox böyük ümidim var

 

Daha bir gözəl armada İrana doğru gedir – bu haqda ABŞ Prezidenti Donald Tramp Aiova ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Bununla yanaşı, Tramp İranın razılaşma imzalayacağına ümid etdiyini bildirib.

“İyunda “Gecəyarısı Çəkici” əməliyyatı çərçivəsində İranın nüvə potensialını məhv etdik. İnsanlar bunu 22 ildir gözləyirdilər. Onlar nüvə silahından təxminən bir ay uzaqda idilər. Biz bunu etməli idik. İndi daha bir gözəl armada İrana doğru gedir. Razılaşma imzalayacaqlarına çox böyük ümidim var. Razılaşmanı birinci dəfəsində bağlamalı idilər” – ABŞ Prezidenti bildirib.

Bununla yanaşı, ötən həftə Tramp “Air Force One”nın göyərtəsindəki jurnalistlərə bildirib ki, ABŞ İranı yaxından izləyir və “bu istiqamətdə gedən nəhəng donanmaya malikdir”.

ABŞ Prezidenti yavarın 26-da Yaxın Şərqə gedən “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin zərbə qrupunu nəzərdə tutmuşdu. ABŞ Mərkəzi Komandanlığında qrupun hərbi hazırlığı yoxlamaq üçün təlimlər keçirəcəyini bəyan ediblər.