Donald Tramp - İsveçrə Prezidentinin bizimlə danışma tərzi xoşuma gəlmədi, buna görə də azaltmaq əvəzinə, tarifi 39 faizə qədər artırdım
Dünyada ən aşağı faiz dərəcəsinə sahib olmalıyıq, məsələn, İsveçrədən danışırıqsa, rüsumlar tətbiq etsəydim, bu o qədər də yaxşı olmazdı – bu haqda ABŞ Prezidenti “Fox News”a müsahibəsində deyib.
Donald Tramp İsveçrəyə tətbiq edilən rüsumları yada salıb və İsveçrə Prezidenti Karin Keler-Suter ilə gərgin telefon danışığından sonra İsveçrə idxalına rüsumları artırdığını qeyd edib.
“Çox yaxşı ölkə olan İsveçrə ilə insident yaşadıq. 42 milyard dollarlıq kəsirimiz var idi və heç nə əldə etmirdik. Dedim: “Kiçik ölkə ola bilərsiniz, lakin bizim 42 milyard dollarlıq kəsirimiz var” – Tramp bildirib.
ABŞ Prezidenti əvvəlcə İsveçrəyə 30% rüsum tətbiq etdiyini, lakin İsveçrə Prezidenti ilə telefon danışığından sonra onu 39%-ə qədər artırdığını bildirib.
“Onun bizimlə danışma tərzi həqiqətən xoşuma gəlmədi, buna görə də azaltmaq əvəzinə, tarifi 39 faizə qədər artırdım” – Tramp deyib.