Donald Tramp - İsrailin İrana zərbəsinin qaçılmaz olduğunu demək istəmirəm, lakin ola bilsin, bu baş versin
İsrailin İrana zərbəsinin qaçılmaz olduğunu demək istəmirəm, lakin ola bilsin, bu baş versin – bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ Prezidenti İsraili İrana zərbə endirməməyə çağırıb və qeyd edib ki, Tehranın nüvə proqramı ilə bağlı razılaşma yaxındır.
“Biz kifayət qədər yaxşı razılaşmaya yaxınıq. Mən onların bunu etmələrini istəmirəm, çünki bunun hər şeyi məhv edəcəyini düşünürəm. Mən münaqişəni aradan qaldırmaq istəyirəm. İran bir az daha sərt danışıqlar aparmalı olacaq, bu isə o deməkdir ki, onlar bizə indi vermək istəmədikləri bir şeyi verməli olacaqlar” – Donald Tramp bildirib.