Donald Tramp İsrailin Baş nazirinə və İsrail Prezidentinə müraciət edib - Əla gündür, ola bilsin, sizin ən yaxşı gününüz olsun
Donald Tramp İsrailin Baş nazirinə və İsrail Prezidentinə müraciət edib - Əla gündür, ola bilsin, sizin ən yaxşı gününüz olsun

 

Bu əla gündür. Ola bilsin, sizin ən yaxşı gününüz olsun – ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail Prezidenti İsaak Hertsoqa belə müraciət edib.

“Bu, tarixdir” – Netanyahu cavab verib.

Bununla yanaşı, İsrailin Vaşinqtondakı səfiri İehil Leiter bildirib ki, Tramp hava limanında ona deyib: “Oğlunun sənə gülümsəyərək baxdığını bilirsən, bunu bilirsən, elə deyilmi?”

“Ürəyim parçalandı” – Leiter X-də yazır.

Leiterin oğlu, mayor Moşe İedidia Leiter 2023-cü ildə Qəzza sektorunda gedən hərbi əməliyyatlarda həlak olub.