ABŞ Prezidenti Donald Tramp İsrailə gedib.
Onun təyyarəsi bir az bundan əvvəl Ben Qurion Hava Limanına enib, onu İsrailin Baş naziri Benyamin Netanyahu həyat yoldaşı ilə birlikdə, eləcə də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof, müşaviri Cared Kuşner həyat yoldaşı və Donald Trampın qızı İvanka Trampla birlikdə qarşılayırlar.
Donald Tramp İsraildə Benyamin Netanyahu ilə danışıqlar aparacaq. Onun Knessetdə çıxışı planlaşdırılır. Həmçinin, ABŞ Prezidenti girovların ailələri ilə görüşəcək. Bundan sonra prezident Tramp Misirə gedəcək və 20-dən çox ölkənin lideri ilə birlikdə Qəzzanın gələcəyinə dair zirvə toplantısında iştirak edəcək.