Donald Tramp – İsraildə Bibi Netanyahuya qarşı edilənlər dəhşətdir, necə ola bilər ki, İsrailin baş naziri bütün gün məhkəmə zalında heç bir səbəb olmadan otursun?
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun əleyhinə irəli sürülmüş ittihamlarla bağlı ölkənin prokurorlarını tənqid edib.
Trampın sözlərinə görə, Netanyahunun əleyhinə korrupsiya ittihamı ilə aparılan məhkəmə prosesi onun həm HƏMAS-la, həm də İranla danışıqlar aparmaq imkanlarına mane olur.
“İsraildə Bibiyə qarşı edilənlər dəhşətdir. O, müharibə qəhrəmanıdır və baş nazirdir, ABŞ-la əməkdaşlıqda fantastik işlər görüb, İranda təhlükəli nüvə təhdidini aradan qaldırmaqda böyük uğur əldə edib. Hazırda o, HƏMAS-la aparılan danışıqlarda iştirak edir və bu proses girovların qaytarılmasını da əhatə edir. İsrailin baş naziri necə ola bilər ki, bütün günü məhkəmə zalında otursun, heç bir səbəb olmadan. Bu, siyasi “cadugər ovu”dur – mənim başıma gələnlərlə eyni vəziyyətdir. Bu “ədalət” tamaşası həm İranla, həm də HƏMAS-la danışıqlara ciddi zərbə vurur. Başqa sözlə, prokurorların Bibiyə qarşı etdikləri nəzarətsiz və ağılsız hərəkətlər tamamilə dəliyə bənzəyir. Amerika Birləşmiş Ştatları hər il milyardlarla dollar xərcləyir – hər hansı başqa dövlətdən qat-qat çox – İsrailin müdafiəsi və dəstəyi üçün. Biz buna dözməyəcəyik. Biz az öncə böyük bir qələbə qazandıq və bu baş verənlər həmin qələbəyə ciddi zərər verir. Bibini rahat buraxın – onun hələ görəcəyi çox iş var,” – deyə Tramp bildirib.