Donald Tramp: İspaniya böyük səxavət göstərdi, güzəştə getdi və əhəmiyyətli maliyyə töhfəsini nəzərdə tutan tələbimi yerinə yetirdi

15:55, 09.07.2026

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İspaniya ticarət məhdudiyyətləri ilə hədələndikdən sonra güzəştə getməyi seçib.

Bu barədə “Bloomberg” yazır.

Trampın sözlərinə görə, İspaniya onun təhdidindən sonra “böyük səxavət” nümayiş etdirib və bildirib ki, Madrid müdafiə xərclərinin artırılmasına razılıq verib. Lakin ABŞ Prezidenti bununla konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

“Əslində problemlərim var idi və bu problemlər hələ də qalır. Amma bu gün İspaniya tamamilə güzəştə getdi. Mən onlara bildirdim ki, İspaniya ilə ticarət əlaqələrini dayandıracağam. Onlar əhəmiyyətli maliyyə töhfəsini nəzərdə tutan tələbimi yerinə yetirdilər. Əgər bunu etməsəydilər, onlarla danışmağa belə davam etməzdik”, – deyə Tramp jurnalistlərə “Air Force One” təyyarəsinin göyərtəsində açıqlama verərkən bildirib.

Prezident İspaniya tərəfindən konkret olaraq kimlə danışıqlar apardığını açıqlamayıb.

Oxşar