Donald Tramp İranlılara sosial şəbəkədə fars dilində müraciət edir - sizin etirazınızı müşahidə edirik və cəsarətinizdən ilham alırıq
ABŞ prezidenti, Donald Tramp İranda keçirilən hökumətə qarşı aksiyaya sosial şəbəkədə əks səda verdi. O, İran xalqına inglis, eləcə də fars dilində müraciət etdi:
“Uzun müddət əzab çəkən İran xalqına: mənim prezident olduğum ilk günündən sizinlə birlikdəyəm və mənim administrasiyam arxanızda durmağı davam etdirəcək. Biz sizin etirazınızı diqqətlə müşahidə edirik və cəsarətinizdən ilham alırıq”, – Donald Tramp yazır.
İran mediasının məlumatına görə, Tehranda hökumətə qarşı etiraz aksiyası keçirildi.