Donald Tramp - İranlılar razılaşmaya nail olmağı çox istəyirlər, biz də istəyirik, əgər hər şey yaxşı gedərsə, sonda həll edəcəyik, əks halda bütün gücümüzlə bombalamağa davam edəcəyik
Donald Tramp - İranlılar razılaşmaya nail olmağı çox istəyirlər, biz də istəyirik, əgər hər şey yaxşı gedərsə, sonda həll edəcəyik, əks halda bütün gücümüzlə bombalamağa davam edəcəyik

 

ABŞ Prezidenti Donald Trampın bəyanatına əsasən, iranlılar razılaşmaya nail olmağı çox istəyirlər. Bu haqda Tramp Floridada jurnalistlərə deyib.

“Onlar razılaşmaya nail olmağı çox istəyirlər, biz də razılaşma istəyirik” – Tramp bildirib və məsələ ilə bağlı danışıqların ehtimal ki, bu gün telefon danışığı zamanı aparılacağını qeyd edib.

Donald Tramp “ABŞ-nin Yaxın Şərqdəki tərəfdaşları”ndan bəhs edib və müzakirələrdə onların əhəmiyyətini qeyd edib.

“Əgər hər şey yaxşı gedərsə, sonda bunu həll edəcəyik. Əks halda, sadəcə olaraq bütün gücümüzlə bombalamağa davam edəcəyik” – Tramp bildirib.

Bununla yanaşı, ABŞ Prezidenti İranın sülh müqabilində nüvə silahı proqramını dayandırmağa razı ola biləcəyini bildirib.

“Sabah səhər, onların vaxtı ilə, onların tikintisi 10 milyard dollardan çox olan ən böyük elektrik stansiyasını partlatmaq niyyətində idik. Çox yaxşı bir obyekt idi, pul çatışmazlığı olmayıb. Bir zərbə ilə yox olardı, dağılardı. Niyə bunu istəsinlər ki? Buna görə də bizə zəng etdilər, mən yox, onlar mənə zəng etdilər. Onlar razılaşma istəyirlər. Biz də razılaşmaya hazırıq. Yaxşı razılaşma olmalıdır, artıq müharibələr və nüvə silahı olmamalıdır. Onların artıq nüvə silahı olmayacaq. Onlar bununla razılaşırlar. Əgər bu məsələ ilə bağlı razılaşma olmazsa, ümumiyyətlə razılaşma olmayacaq” – Tramp bildirib.

ABŞ Prezidenti jurnalistlərə bildirib ki, ABŞ və İran arasında “uyğunluq” var. Tramp nümayəndələri Stiv Uitkof və Cared Kuşnerin danışıqlar prosesində iştirak etdiklərini bildirib.

“Görəcəyik, bu, bizi hara aparacaq. Bizim əsas uyğunluğumuz var. Deyərdim ki, demək olar ki, bütün məsələlərdə razılıq var” – Tramp qeyd edib.

ABŞ Prezidenti ABŞ-nin İranın “yüksək vəzifəli şəxsi” ilə danışdığını, lakin yeni ali liderlə danışmadığını bildirib.

“Onun sağ olub-olmadığını bilmirik” – Tramp dedi.

Məlumat üçün bildirək ki, Donald Trampın bu bəyanatından əvvəl sosial şəbəkədə Vaşinqton və Tehran arasında danışıqların aparıldığını, bundan sonra da İranın elektrik stansiyalarına hücumların beş gün təxirə salınmasını əmr etdiyini dediyi paylaşım edilib. Bununla yanaşı, İranın Xarici İşlər Nazirliyi iki ölkə arasında hər hansı bir danışıqların aparıldığını təkzib edib.